Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşım edib.
Qeyd olunur ki, parka əlavə 300 milyon manatdan çox investisiyanın yatırılması və 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
“Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir. Sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyri-neft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir”, - paylaşımda vurğulanır.
