İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.
Agentliyin verdiyi məlumata görə, xəritələrin yenilənməsində və 3D xəritənin hazırlanmasında “LİDAR” cihazından istifadə olunur. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir.
Qeyd edək ki, “4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının 1,5 hektarlıq ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” və “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir.
Şirkətin əsas fəaliyyət sahəsi xəritələrlə bağlı coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə, həmçinin, proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Azərbaycanda Şərqi Avropa, Gürcüstan, MDB və Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) fəaliyyət göstərəcək.
"Google" xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlanıldı
10
avqust
13:50

Qarabağ
KOMMENTLƏR
Prezident Sumqayıtda açılış etdi - FOTOLAR (YENİLƏNİB)
Elşad Nuriyev Agentlik sədri təyin olundu
Bu agentliyin nizamnamə fondu 60 milyon 500 min manat müəyyənləşdi - FƏRMAN
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılır - FƏRMAN
Prezident Nazirlər Kabinetinə tapşırıq verdi: İki ay müddətinə...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat