Azərbaycanda yaradılacaq yeni nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiymət siyasəti məsələsinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müdaxilə etməyəcək.
Bunu AQTA-dan Trend-in sorğusuna cavab olaraq, bildiriblər.
Agentlikdən əlavə edilib ki, dönərlərin satış qiymətinin müəyyən edilməsi sahibkarların müstəqil qərar verəcəyi məsələdir. Layihə həmicraçıları tərəfindən sahibkarlar üçün biznesin təşkili və marketinq siyasəti ilə bağlı müvafiq təlimlər keçiriləcək.
Baxış keçirilmiş dönərxana obyektlərinin müəyyən bir qismində qida təhlükəsizliyi, avadanlıqların təchizatı, obyektlərdə təmir və yenidənqurma işlərinin aparılması, eyni zamanda seçilmiş hər bir sahibkara və işçi heyətinə təlimlərin keçirilməsi baxımından dəstəyin göstərilməsi məqsədəmüvafiq hesab olunur.
Xatırladaq ki, AQTA dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs və ABAD-la birlikdə dönərxanaların sağlamlaşdırılması layihəsinə start verib.
Layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə etməsi planlaşdırılır. İlkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdədönər biznesi ilə məşğul olan 20 nümunəvi müəssisənin yaradılması nəzərdə tutulur.
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
21
sentyabr
12:36
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev