Son günlər cəmiyyətdə, o cümlədən sosial şəbəkələrdə müharibəyə çağırışların tez-tez şahidi oluruq. Hətta əksəriyyət müharibəyə hazırlığın artıq başlandığını düşünür.
Bu barədə danışan Milli qəhramanlar da öz fikirlərini səsləndiriblər.
Milli Qəhrəman Ehtiram Əliyev bildirib ki, artıq müharibə olması zəruridir:
“İyirmi-otuz ildir ki bizim gözləmək mövqeyi tutmağımız utancverici bir haldır. Əlbəttə ki, hər birimiz torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırıq. Döyüşərkən bizim əsas fəlsəfəmiz ölmək deyil, öldürmək olmalıdır”.
Milli Qəhrəman Vahid Quliyev isə müharibəyə başlamazdan əvvəl böyük dövlətlərin münasibətinə baxmalı olduğumuzu vurğulayıb:
“Əslində son hadisələrlə bağlı məlumatım yoxdur, lakin müharibəyə çağırış artıq çoxdan olmalı idi. Torpaqlarımızı yalnız ordumuzla, müharibə yolu ilə geri almaq mümkündür. Bu hadisədə Rusiya amilini də gözdən qaçırmaq olmaz. Bu günə kimi torpaqlarımızın işğal altında olmasının ən böyük səbəbkarı elə o dövlətdir. Əsas sual budur ki, müharibə vəziyyətində Rusiyanın hadisəyə münasibəti necə olacaq? Bu amilləri nəzərə aldıqdan sonra müharibə qərarı vermək mümkündür.
Təəssüf ki, Rusiya və İran, habelə bütün xristian dininə inanan dövlətlərin Ermənistan tərəfində olacağı bəllidir. Elə bunun ucbatından Ermənistan beynəlxalq aləmdə hələ də işğalçı kimi tanınmır, Tovuz hadisələrinə də reaksiya verilmədi. Müharibə yolunu seçməli olduğumuz aydındır, lakin içində olduğumuz vəziyyət nəzərə alınmalıdır. Bizim qarşımızda təkcə Ermənistan olduğu halda narahatçılığa ehtiyac yoxdur. Qardaş və dost ölkə Türkiyənin bizə dəstək olacağından heç bir şübhəmiz yoxdur. Belə olan halda biz torpaqlarımızı işğaldan azad edə bilərik”.(modern.az)
Milli Qəhrəmanlar: “Müharibəyə çağırış çoxdan olmalı idi”
21
sentyabr
13:57
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev