Azərbaycanın 30 ilə yaxındır işğal altında qalan 20 faizlik ərazisində qondarma rejiminin rəhbəri sayılan Araik Arutyunyanın son açıqlaması aranı qarışdırıb.
Onun “Ağdam da Xankəndi, Şuşa, Laçın və ya Kəlbəcər kimi bizim vətənimizdir…”- deyə sosial şəbəkə hesabında yazması insanları hiddətləndirib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov artıq müharibəyə hazırlaşmalı olduğumuzu bildirib:
“Mən siyasətçi deyiləm, amma mədəniyyət xadimi, o torpaqdan olan bir vətəndaş kimi deyə bilərəm ki, o millətin özünün heç nəyi yoxdur. Nə torpağı, nə musiqisi… Onlar özləri qondarma bir millətdir. Onlar o qədər azğınlaşıblar ki, torpaqlarımıza göz dikiblər. Biz sülhsevər millətik, onlar da bundan istifadə edirlər. 30 ildir ki, dünya ictimaiyyəti də buna susur, Beynəlxalq təşkilatlar da qəbul etdiyi qərarlara əməl etmir. Mən düşünürəm ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq və müharibəyə hazırlaşmalıyıq. Açıqlamalardan görünür ki, onlar sülh danışıqları ilə torpaqlarımızı qaytarmaq niyətində deyillər. Hətta bizə meydan oxuyurlar ki, “biz oranı işğal edəcəyik”. Onlar bizim torpaqlarımıza göz dikiblər, şirnikiblər. Biz ordumuzla hazırlaşıb tezliklə torpaqlarımızı işğaldan azad etməliyik. Qanla verilən torpaq qanla da alınmalıdır. Mən başqa yol görmürəm. 30 ildir bizi aldadıblar, gözləyirik, amma heç bir nəticəsi yoxdur”.
Sənətçi bütün xalqın səfərbər olmasını, hərənin öz sahəsində “vuruşmalı olduğunu deyib:
“Böyük bir nəsil yetişib, 28 yaşlı gənc bilmir ki, Qarabağ haradadır, görməyib. Bu problem övladlarımıza qoya bilmərik, biz birləşib bunu həll etməliyik. Buna birdəfəlik son qoyulmalıdır, çünki artıq əsəblərimizlə oynayırlar. O açıqlamaları vətəndaşlarımız hamısı oxuyur, insanların səbri qalmayıb, dözə bilmirlər. Belə yaşamaq olmaz, hər dəfə gedib Şuşada, Cıdır düzündə bir tədbir edirlər, bizə acıq verirlər. Olmaz, bunu bütün dünya görür, amma heç nə etmirlər. Təbii ki, biz sülh istəyirik, amma olmur. Bizim torpaqlarımız işğal olunub, nəyə görə güzəştə getməliyik? Bundan sonra torpaq verməliyik?! Torpaqlarımızı qaytarsınlar, getsinlər özləri üçün yaşasınlar. Mənim torpağımda erməni əsgəri nə gəzir?! Hələ Suriyadan ailələr köçürürlər. Bu nə deməkdir axı? Ora mənim Vətənimdir, niyə başqaları yaşamalıdır?
Bunların danışıqlarla torpaq qaytarmaq fikirləri yoxdur. Daha səbrimiz tükənib. Millətimiz ordumuzla birləşib, səfərbər olmalıdır, hər kəs öz sahəsində vuruşmalıdır. Torpaqlarımız qayıtmalıdr, bu utancla biz nə qədər yaşayacağıq? Belə olmaz axı”.
“Artıq əsəblərimizlə oynayırlar” - Mənsum İbrahimov
14
sentyabr
16:39
Qarabağ
KOMMENTLƏR
Erməni yazıçı aclıq aksiyasına başladı - Təhsil nazirinin istefasını tələb edir
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
"Özəl kanallarımız harda mənəviyyatı pozuq adamlar varsa, onları efirə çıxarır və..."
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
Kəlbəcər və Laçın qaytarılır? – 4 il əvvəlki sazişin icrası niyə yarım qalıb?
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev