Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, bu tarixə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6 333 müraciət daxil olub. Bunlardan 5 047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.
“Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manat təşkil edir və bunun da 67,9 milyon manatı sahibkarlara ödənilib”, - M.Cabbarov qeyd edib.