Son ay Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində gərginliyin eskalasiyası ilə xarakterizə edilir. Düşmən tərəfi ordumuza və dinc əhaliyə qarşı təxribat xarakterli addımlar atmaqda davam edir.
Bununla bağlı "MediaPost"a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, biz açıq-aşkar şahidiyik ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bir qədər pauza verdi:
"Onun daxildəki problemlərə başı qarışmışdı. Daha sonra ələlxüsus, 2020-ci il başlar-başlamaz Azərbaycana qarşı Ermənistan aşkar şəkildə aqressiya nümayiş etdirməyə başladı. Təbii ki, bunun təkcə səbəbi Ermənistanın özündə deyil, həm də ölkəmizə qarşı Ermənistanın havadarlarından gələn aqressiya ilə bağlıdır. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan bir sıra geosiyasi çağırışlarla üz-üzədir. Tovuz hadisələri başlayan kimi kimlər Ermənistanın yanında oldu. Biz son zamanlar Qarabağ və ətraf rayonlara kifayət qədər ciddi şəkildə PKK terrorçularının ayaq basmalarının şahidi oluruq. Bununla bağlı artıq məlumatlar da çıxıb. Qeyd edilir ki, həmin terrorçular təyyarələrdən başqa İran vasitəsi ilə də Qarabağ ərazisinə daxil olur. Həmin terrorçularının hansı geosiyasi ölkələrin himayəsi altında olması ilə bağlı da bizdə məlumatlar var".
Politoloq əlavə edib ki, Ermənistan dünən yenidən ölkəmizə qarşı təxribat törədib:
"Şəmkir istiqamətdə aşkarlanan PUA məhv edildi. Bununla bağlı Azərbaycan tərəfi daha ətraflı məlumat verəcək. Lakin fakt bundan ibarətdir ki, bu gün müharibə davam edir. Və bu müharibə təkcə dövlət sərhədində, cəbhə bölgəsində deyil. Onlar bizim yalnız torpaqlarımıza iddia etmir. Düşmən bizim mətbəximiz, incəsənətimiz, tariximizə sahib olmaq istəyir. Yəni qarşımızda o xalqdır ki, heç zaman Cənubi Qafqazda yaşamayıb, heç erməni adına, Artsax sözünə aidiyyatı da yoxdur. Bu ad ingilis və rus tarixçiləri tərəfindən qondarma olaraq dünyaya gətirilib. Təbii ki, düşmən və onun havadarları bilsin ki, Azərbaycan yetəri qədər hərbi gücə sahibdir. Ölkəmiz dünənə qədər hərbi balansı qoruyurdusa, artıq Tovuz hadisələrindən sonra Azərbaycan-Türkiyə arasında yaxınlaşma onu göstərir ki, əgər cəbhədə hadisələr öz cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbiçiləri birgə istənilən hədəfi nişan alacaqlar".
"Əgər hadisələr cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbiçiləri istənilən hədəfi nişan alacaqlar"
21
sentyabr
19:12
Qarabağ
KOMMENTLƏR
Ermənistan müharibə hazırlığında - Paşinyan Azərbaycanın səbri ilə oynayır...
Azərbaycan XİN-dən Ermənistanın sərsəmləmələrinə CAVAB
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Ermənistana "müharibə" əmri verilib — Azərbaycan terrorçularla savaşacaq
XİN: Ermənistan rəhbərliyi məsuliyyətdən yayınmağa çalışır
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev