“Ermənilər təxribatlarını davam etdirir, dayanmırlar, işğalçılıq siyasətindən əl çəkmirlər. Azərbaycanın artıq bir yolu qalır: Müharibə”.
Bu sözləri Yenisabah.az-a Qarabağ qazisi Rey Kərimoğlu deyib. Onun fikrincə, artıq torpaqların işğaldan azad edilməsinin zamanı çatıb. Qarabağ qazisi bildirib ki, Azərbaycan Ordusu tez bir zamanda hərbi əməliyyatlara başlamalıdır. “Artıq yetər. Hər dəfə erməni təxribatı nəticəsində şəhid veririk. Doğrudur, bu təxribatların cavabı layiqincə verilir. Lakin artıq həlledici döyüşün zamanı çatıb. Azərbaycan tez bir zamanda torpaqlarını işğaldan azad etməlidir. Özü də təkcə Dağlıq Qarabağ deyil, İrəvan da azad edilməlidir. Ora da Azərbaycanın qədim torpağıdır. Erməni aressiyasına qarşı bu sayaq cavab verilməlidir”, - deyə Rey Kərimoğlu vurğulayıb.
O əlavə edib ki, Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməyə potensialı var: “Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var. Mən əminəm ki, hərbi əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyə biləcək. Bu axır-əvvəl baş verməlidir. İllərdir ki, sülh danışıqları gedir. Amma bir nəticə yoxdur. İtirən yalnız Azərbaycandır. Buna son qoyulmalıdır”.
Qarabağ qazisi, bu məsələdə Rusiya faktorunun qabardılmasını yersiz təlaş hesab edir: “Rusiya Ermənistana açıq dəstək verməyəcək. Yalnız gizli formada silah ötürə bilər. Amma hansısa rus əsgərinin Dağlıq Qarabağda döyüşəcəyinə inanmıram. Hətta bu baş verərsə belə təlaşa düşməyə gərək yoxdur. Qarabağda bir neçə rus əsgəri öldükdən sonra Rusiyada buna qarşı ictimai etirazlar baş qaldıra və bu, Kremlin sahibləri üçün arzuolunmaz nəticələr doğura bilər. Digər tərəfdən, Dağlıq Qarabağ qondarma respublikadır, müstəqil dövlət deyil. Bu ərazilər Azərbaycanındır. Bunu bütün dünya qəbul edir. Ona görə də, Azərbaycanın hüququ var ki,işğal altında olan torpaqlarını azad edib ərazi bütövlüyünü bərpa etsin.
Bir də ermənilərin Rusiyası varsa, bizim də Türkiyəmiz var. Ona görə də heç nədən çəkinmədən ərazi btövlüyümüzü bərpa etməliyik. Qoy elə şüarımız da “Qana qan, hədəfimiz İrəvan!” olsun”.
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
21
sentyabr
17:27
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev