Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, yanvarın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri burada şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoyub.
Hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri, habelə döyüş hazırlığı yoxlanılıb.
General-polkovnik Z.Həsənov hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib.
Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) hərbi hissəsinə gəlib.
PUA-lara baxış keçirən müdafiə naziri onların texniki vəziyyəti ilə maraqlanıb, heyətlərin hazırlıq səviyyəsini yoxlayıb.
Müdafiə naziri ziyarət etdiyi hərbi hissələrin şəxsi heyətinin hazırlığını yüksək qiymətləndirib və döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.
General-polkovnik Z.Həsənov hərbi hissələrdə yaradılan şəraitlə tanış olub, şəxsi heyətin xidməti və sosial qayğıları ilə maraqlanıb, onlara 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.
Nazir yeni tədris dövründə təlimlərin daha səmərəli keçirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması ilə bağlı vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.
Müdafiə naziri bir neçə hərbi hissənin döyüş hazırlığını yoxlayıb
02
yanvar
15:28
Qarabağ
KOMMENTLƏR
Kəlbəcər və Laçında yeni hərbi obyektlər tikilir
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verildi - VİDEO
Zakir Həsənov döyüş mövqelərinə getdi - Tapşırıqlar verdi (VİDEO)
Zakir Həsənov tank və komando hərbi hissələrində
Zakir Həsənov Ermənistanla sərhədə getdi - Tapşırıqlar verdi
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev