“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
“Cənab prezidentin yeni imzaladığı sərəncam əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirləri özündə ehtiva edən bir sənəddir. Bu sənədə əsasən bir çox kateqoriyalar üzrə əməkhaqqının artırılması nəzərdə tutulur. Xüsusilə də söhbət minimum əməkhaqqının 300 manatdan 345 manata, minimum pensiyanın 240 manatdan 2880 manata çatdırılması nəzərdə tutulur. Eyni zamanda dövlət qulluqçularının vəzifə maaşlarında da 1 ay ərzində minimum pensiya və əməkhaqqına uyğun olaraq dəyişikliyin olması, yəni maaşların artırılması gözlənilir.
Bu artıq son 5 il ərzində cənab prezident tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən sayca 4-cü sosial islahatlar paketidir. Bu sosial islahatlar paketinin reallaşdırılması nəticəsində son 4 il ərzində minimum əməkhaqqı 130 manatdan 345 manata gəlib çatdı. Minimum pensiya 110 manatdan 280 manata çatdı. Bütün bunlar bir daha göstərir ki, bu gün bizə qiymət artımı xaricdən idxal edilsə də, dövlətimiz hər zaman öz vətəndaşının yanındadır və onun sosial rifahının yaxşılaşdırılması ilə bağlı hər il tədbirlər həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan insanların maaşlarının artırılması 700 min insanı əhatə edəcək. Minumum pensiyaların qalxması isə təxminən 100 min insanı əhatə edəcək. Eyni zamanda müavinətlərin də qaldırılması reallaşdırılacaq. Bütün bunlar bir daha onu göstərir ki, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Cənab prezident hər zaman söyləyir ki, bizim üçün əsas məsələ odur ki, vətəndaşımızın güzəranı yaxşı olsun, ləyaqətli həyat səviyyəsinə malik olsun. Bu istiqamətdə də ardıcıl və sistemli addımlar atılmaqdadır”.
“Vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir” - ŞƏRH
05
yanvar
17:45
Qarabağ
KOMMENTLƏR
Minimum əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək
Azərbaycanda minimum aylıq əməkhaqqı ARTIRILDI
"Özəl sektorda çalışanların da minimum maaşı artacaq"
"Azərbaycan vətəndaşının sosial müdafiəsi, sosial rifahının təmin edilməsi dövlət üçün ali məqsəddir"- Elman Nəsirov
Minimum əməkhaqqı artımı 800 min nəfərə şamil olunacaq
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı