“Bu da performansdır, insanlar nəyləsə də seçilməlidir. Elza da belə tutuzdurdu, kitabını çıxardı, təqdimatına mən də getmişdim”
Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Ə.Mirəliyev dostluq münasibətləri olan Elza xanımın getdikcə, maraqlı şeirlər yazacağına ümid etdiyini bildirib:
“Elza Seyidcahanın şeirlərini bu gün bəyənmirik, düzdür. Vaxtilə Cəlil Məmmədquluzadəni də, Mirzə Ələkbər Sabiri də bəyənməyiblər. M.Ə.Sabirin dövründə yaşamamışıq, amma onun şeirləri, satiraları bu gün də yaşayır, dillər əzbəridir. İndi Elza da şeir yazmağa başlayıb, yazır, amma elə şeylər var ki, onu dərinləşdirmək lazımdır. Şair olub, şeir yazmaq istəyir, bəlkə də get-gedə düzələcək. Elə Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki? (Gülür) Bu da performansdır, insanlar nəyləsə də seçilməlidir. Elza da belə tutuzdurdu, kitabını çıxardı, təqdimatına mən də getmişdim. Elza mənim dostumdur, onun xətrini çox istəyirəm, amma mən də hərdən ona deyirəm ki, Elza, bu nədir yazırsan? O, da deyir ki, mənə şeirin təbi gəlir. Deyirəm ki, doğrudan, sənə fərli başdı təbi gəlmir? (Gülür) Mən də onu, o, da məni çox istəyir, zarafatımız var. İndi o, da bu cür insandır da”.
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan bu dəfə də koronavirusa şeir həsr edib.
Vasif Əlihüseyn
"Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki?"
23
sentyabr
13:37
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev