"Xaricdəki bloqerlər İran hakimiyyətinin və İranın xüsusi xidmət orqanlarının verdiyi bəyanatlara oxşar addımlar atırlar".
Bunu açıqlamasında deputat Elman Nəsirov deyib. Deputat qeyd edib ki, onlar xaricdə oturub Azərbaycan dövləti əleyhinə olan yalan məlumatlar yayırlar:
"Tural Sadıqlı və onun kimilər üçün dövlət və dövlətçilik sevgiləri yoxdur. Onlar açıq şəkildə İranı müdafiə edirlər. Bu boyda terror aktı baş verib, bir nəfər şəhid olub, səfirliyimizin iki əməkdaşı yaralanıb, amma xaricdə oturaraq özünə azərbaycanlı deyən bloqerlər bu hadisəni məişət hadisəsi kimi təqdim edirlər. Onlar çalışırlar ki, İranın rəsmi mövqeyi ilə üst-üstə düşən mövqe ortaya qoysunlar.
Bu gün Daxili İşlər Nazirliyi tərəfindən SalamNews informasiya agentliyi və "İnteraz"da əməliyyat keçirilib, İranın casus şəbəkəsinə xidmət edən 7 nəfər həbs edilib. Bu hadisələrdən sonra məndə belə bir fikir yaranır ki, Tural Sadıqlı kimilər də İranın xüsusi xidmət orqanları tərəfindən ələ keçiriliblər. Onlar gecə-gündüz Azərbaycan dövləti əleyhinə məlumatlar yayırlar, çirkab ifraz edirlər.
Qoy xalqımız da görsün ki, xaricdə oturub belə danışanlar İranın xüsusi xidmət orqanlarının əlində alətdirlər və bunun müqabilində pul alırlar. Onların nəyinə lazımdır ki, biz şəhid vermişik və yaxud diplomatik korpusumuzun yaralı əməkdaşları var? Onların haqlarının müdafiəsi ilə bağlı bir kəlmə də olsun deməyiblər. Yalnız İran hakimiyyətinin yanında yer alıblar. Mahiyyət etibarı ilə onlar da casusdurlar", - deyə Elman Nəsirov bildirib.
"Xaricdəki bloqerlər İranı müdafiə edirlər" - Elman Nəsirov
31
yanvar
18:02
Qarabağ
KOMMENTLƏR
SalamNews və “İnteraz”da əməliyyat keçirildi - Saxlanılanlar var
Deputat: “İran nankorluq edir”
Elman Nəsirov: “Əli Kərimli Rusiya Müdafiə Nazirliyinin əməkdaşı kimi davranır”
İranın casus şəbəkəsinin Bakıdakı toplanış yeri bilindi - DƏQİQ ÜNVAN + ADLAR
Elman Nəsirov İran haqqında: “Bu, ağılsızlıqdır, siyasi dəlilikdir”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı