Ermənistan müdafiə naziri David Tonoyanın rusiyalı həkmarı Sergey Şoyqu ilə görüşünün əsas məqsədi məlum olub. Məqsəd Ermənistan baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etməkdir.
“MediaPost” xəbər verir ki, bir neçə saat bundan əvvəl Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində maraqlı status paylaşıb:
“Ermənistan müdafiə naziri David Tonoyan Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfərin məqsədi Rusiyanın “Kapustin Yar” (Volqoqrad şəhəri) hərbi məktəbində keçirilən “Qafqaz-2020” strateji komanda-qərargah təliminin əsas mərhələsində iştirak etməkdir”.
“MediaPost”un əldə etdiyi məlumata görə, Tonoyan Rusiyaya bu gün yox, dünən, yəni 24 sentyabr tarixində gedib. Həmin gün axşam saatlarında Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Qeyd edək ki, Tonoyan Rusiyanın münasibət saxladığı yeganə erməni yüksək vəzifəli şəxsdir. Bir sıra mənbələrdə görüşün əsl məqsədi açıqlanıb – Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etmək.
İki ölkə rəhbərinin şəxsi münasibətlərinin sıfıra bərabər olması heç kim üçün sirr deyil. Bunun açıq təsdiqi iki rəhbər arasında rəsmi görüşlərin və ya telefon danışıqlarının olmamasıdır. Sonuncu dəfə Putinlə Paşinyan arasında telefon danışığı Paşinyanın ad günündə olub, Rusiya prezidenti onu ad günü münasibətilə təbrik edib.
O da bildirilir ki, bugünkü səy Paşinyan tərəfindən cəhd edilən, lakin Putin tərəfindən imtina olunan səylərdən biridir.
Görünür, vasitəçi rolunda iştirak edən Tonoyan iki şəxs arasında münasibətləri isitmək və görüş təşkil etmək tapşırığı alıb.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarqsyan ilə də Rusiyanın rəsmi dairələrinin münasibətləri tamamilə pozulub.
Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: Qafqaz xalqlarında qəbul olunan qaydaya görə, elçi adətən, oğlan tərəfdən qız evinə göndərilir. Paşinyan ilə Putin arasındakı münasibətlərdə kimin qız, kimin oğlan tərəf olması hamıya bəllidir. Görünən odur ki, bu dəfə qız evi təntiyib və evdə həddən artıq müddətdə qalmış Paşinyan özü elçi düşməyə məcbur olub. Nə deyək, “Allah xoşbəxt eləsin!”
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
25
sentyabr
21:34
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev