"Moskva bəyannaməsinin imzalanması hər iki tərəfin strateji maraqlarına tam cavab verir".
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ötən ilin bu günü Moskvada imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni şərh edərkən deyib.
"Bəyannaməni Azərbaycan üçün əhəmiyyətli edən əsas amil ondan ibarətdir ki, bu sənədin birinci bəndində qeyd olunur ki, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını tanıyırlar. Bir-birinin daxili işlərinə qarışmamaq siyasətini həyata keçirirlər və güc diliylə danışmaq və təhdid etmək siyasətindən imtina edirlər. Bugünkü dünyamızın nə qədər qəliz olduğu, beynəlxalq hüququn işləmədiyi və faktiki olaraq kollektiv Qərblə Rusiya arasında Ukrayna cəbhəsində çox ciddi bir qarşıdurmanın yarandığı reallıqda belə bir sənədin imzalanması bizim üçün əhəmiyyətlidir.
Nəzərə alsaq ki, Ermənistan dövlətinin rəhbərliyi ikibaşlı oyun oynayır, Rusiyaya qarşı iddiallarla çıxış edir, Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxmaq, Gümrüdəki hərbi bazanın ləğvi, Avropa İttifaqının müşahidə missiyasının iki il müddətinə dəvət edilməsi, ona hərbi elementlərin əlavə edilməsi və s. bütün bunlar Moskva-İrəvan münasibətlərinə son dərəcə gərginlik yaradır. Belə olan vəziyyətdə hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətlərinin yüksək inkişaf tempinə malik olması Azərbaycan üçün postmüharibə dövrünün həlli gözlənilən məsələlərin tənzimlənməsində əlavə imkanlar pəncərəsi açılır. Hesab edirəm ki, Moskva bəyannaməsi nəticə etibarilə Azərbaycanın strateji maraqlarını müdafiə edir, ölkəmizin təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli sənəddir".
“Moskva bəyannaməsi Azərbaycanın strateji maraqlarını müdafiə edir” — Elman Nəsirov
23
fevral
11:06
Qarabağ
KOMMENTLƏR
Azərbaycan öhdəliklərini necə yerinə yetirir, Rusiya necə?
Moskva Bəyannaməsinin Azərbaycan üçün müsbət tərəfləri nədədir?-VİDEO
Deputat: Moskva Bəyannaməsi Azərbaycanın milli dövlətçilik maraqlarına tam uyğundur
Rusiya ilə niyə müttəfiq olduq? - Deputatdan maraqlı şərh
Elman Nəsirov: “Ukraynanın Bakıdakı səfirliyinin qarşısında keçilən aksiya Rusiyanın əleyhinə deyil”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı