Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qalıb.
Yenisabah.az bildirir ki, “Azeri Defence”nin məlumatına görə, sentyabr ayının 27-dən davam edən hərbi əməliyyatlar zamanı Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən Ermənistan Hərbi Hava Qüvvələrinin 5 ədəd Su-25 döyüş təyyarəsi Cəbrayıl və Qubadlı rayonları istiqamətində vurulub.
Döyüş əməliyyatlarının başlandığı günlərdə isə Ermənistan ərazisində təlim uçuşu keçirən daha bir ədəd Su-25 təyyarəsi qəzaya uğrayıb.
“Azeri Defence” saytının müxtəlif qaynaqlardan əldə etdiyi məlumatlar əsasında apardığı araşdırmalara görə, Ermənistan HHQ mövcud Su-25 təyyarələrini 2003-2004-cü illərdə əldə edib. BMT Adi Silahlar Regstrindəki məlumatlara görə, həmin dövrdə Slovakiya Ermənistana 10 ədəd Su-25K döyüş təyyarəsi ixrac edib. Döyüşlərdən əvvəl bu təyyarələrdən ikisi qəzaya uğramış və Ermənistanın silahlanmasında cəmi 8 ədəd Su-25 təyyarəsi qalmışdı.
Cari ilin avqust ayında Moskvada keçirilən “Armiya-2020” Beynəlxalq Hərbi-Texniki Forum çərçivəsində Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası ilə mövcud Su-25 təyyarələrinin Su-25SM3 səviyyəsində təkmilləşdirilməsinə dair müqavilə imzalayıb.
Bundan başqa, 2019-2020-ci illərdə Ermənistan Rusiyadan 4 ədəd Su-30SM təyyarəsi alıb.
Qəza və cəbhədəki itkiləri hesabladıqda, Ermənistan HHQ-nin silahlanmasında hazırda 2 ədəd Su-25K və 4 ədəd Su-30SM döyüş təyyarəsinin qaldığını demək mümkündür.
Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı - ARAŞDIRMA
31
oktyabr
18:59

Qarabağ
KOMMENTLƏR
Düşmənin Su-25-ləri: - 5-i sıradan çıxıb, digərləri gecə uça bilmir
Ağdərə, Xocavənd istiqamətində döyüş gedir: Düşmən ağır itki verdi
Ermənistanın iki qırıcı təyyarəsi vuruldu
Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır - MOSKVANIN MƏQSƏDİ NƏDİR...
Şəhid pilotun oğlu atasının məzarı üstündə
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat