Azərbaycanın bütövlüyü hər birimizin ön milli marağıdır.
Məlumdur ki, illər öncə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan əraziləri Milli Ordumuz tərəfindən geri qaytarılır və həmin torpaqlar öz halal sahibinə qovuşur.
Bu tarixi mübarizəyə dəstək olmağa davam edən, “Günay Bank” ASC–nin 7 əməkdaşı da ordu sıralarındadır. Müharibənin yazılmayan qanunlarını nəzərə alaraq biz həmin işçilərimizin adlarını çəkməyəcəyik. Amma hər birimiz, hər gün onları qürür hissi ilə xatırlayır, mümkün qədər vəziyyətləri barədə ailələrindən xəbər öyrənməyə çalışırıq.
Bankımız Vətən uğrunda gedən döyüşlərə səfərbər olunan əməkdaşların yolunu valideynləri ilə bərabər gözləyir. Həm də zəfər xəbərləri ilə. Bundan əlavə onların canlı şahidi olduğu şanlı hadisələr barədə bol-bol söhbət etməyə səbrsizlənirik.
Günay Bank ASC-nin Silahlı Qüvvələrə Yardım Fonduna bir neçə dəfə dəstək olmasına baxmayaraq, Bankın səfərbər olunmayan bütün əməkdaşları fərdi qaydada cəbhəyanı bölgələrə yollanıb, Müdafiə Nazirliyinin dəstəyi ilə “n” saylı hərbi hissələrinin əsgərləri ilə görüş keçirərək zəruri olan ləvazimatları onlara təqdim edib.
Biz “Günay Bank” ASC olaraq, hər zaman Ordumuzun yanındayıq və Vətənimiz Azərbaycan üçün canımızdan belə keçməyə hazırıq. Biz səngərdəyik!
Hər şey Vətən üçün. Qarabağ Azərbaycandır. Biz zəfər çalacağıq!
“Biz bu gün səngərdəyik!” - “Günay Bank”
02
noyabr
14:11
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev