Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağı erməni işğalından azad etmək və Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədilə artıq bir aydır ki, uğurlu əks hücum əməliyyatları həyata keçirir.
TƏBİB-dən verilən xəbərə görə, bu haqlı mübarizədə iştirak etmək hər bir əsgərimizin vəzifə borcu olduğu qədər, həm ölkəmizin daxilində, həm də xaricində yaşayan hər bir azərbaycanlının da şərəf borcudur: “Təsadüfi deyil ki, hər bir vətəndaş əlindən gəldiyi qədər maddi və mənəvi dəstək göstərməklə Vətənə olan sədaqət borcunu ödəməyə çalışır. Türkiyənin əczaçılıq bazarının öncül şirkətlərindən biri olan Helba İlaç İç ve Dış Sanayi Ticaret A.Ş. də müharibənin ilk günlərindən ordumuza dəstək göstərib. Həmyerlimiz Vəfadar Həsənovun rəhbərlik etdiyi şirkət ordumuzun əsas ehtiyacları ola biləcək dərman vasitələri və tibbi vasitələrdən ibarət humanitar yardımın Azərbaycana göndərilməsini təmin edib. Bu yardımın Azərbaycana çatdırılması və ordumuza təslim edilməsi Heydər Əliyev Fondunun rəhbərliyi ilə TƏBİB tərəfindən həyata keçirilib. Bu Vətən müharibəsində birlik və həmrəylik göstərən hər bir həmyerlimizə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk. #Bizbirlikdəgüclüyük”.
Daha bir Türkiyə şirkəti Azərbaycana yardım göndərib
04
noyabr
16:22
Qarabağ
KOMMENTLƏR
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
“Music Gallery” Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 manat ianə ayırdı
Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!
Prezident: "200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir"
Tariximizdə Nadir Şah Əfşardan sonra torpaq alan dövlət başçısı İlham Əliyevdir
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev