Bir neçə gün əvvəl İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. Daha sonra Prezident Həsən Ruhaninin Nazirlər Kabinetinin iclasında birmənalı şəkildə eyni mövqedən çıxış edib: "Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır".
Məsələni Yenisabah.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edib ki, İranın bu mövqeyi bir qədər gecikib:
“Müharibə başlayanda hər bir dövlət öz mövqeyini ortalığa qoymalı idi. Məsələn, Pakistan, Türkiyə, Ukrayna, İngiltərə, Baltikyanı ölkələr, Ruminiya, eləcə də Gürcüstan müharibə başlamamışdan Azərbaycanın haqlı olduğunu, ermənilərin bu ərazilərdən çıxmasını beynəlxalq hüququn tələb etdiyini və bu müharibədə Azərbaycanın yanında olduğunu bəyan edib. İran isə həmin vaxt daha çox müharibənin əleyhinə idi. Müharibədən qabaq İran rəsmiləri deyirdi ki, bizim sərhədimizdə olacaq atışma İranın da təhlükəsizliyini təhdid edir. Mən də ona cavab olaraq yazmışdım ki, İranın təhlükəsizliyi təhdid edilirsə, biz müharibə aparmamalı, işğala dözməliyik?”.
Siyasətçi bildirib ki, İranın mövqeyi dünənədək birmənalı şəkildə ermənipərəst mövqe idi:
“Sadəcə olaraq artıq İran görür ki, onun dəstək verməsindən asılı olmayaraq, Ermənistan uduzur, Rusiya bu prosesdə bitərəf qalıb, döyüşlər başa çatır, işğal hadisəsi də öz sonuna yaxınlaşır. Ona görə də məcburi belə bir mövqe ortaya qoyurlar. Bu mövqe lap əvvəlcədən qoyulmalı idi. Onda biz bilərdik ki, doğrudan da İran Azərbaycan xalqının-ədalətin yanındadır. Amma müharibənin bitməsinə bir neçə gün qalmış İranın bəyanat verməsi inandırıcı gəlmir. Hətta bundan bir həftə əvvəl bir nəfər göndərmişdilər ki, vasitəçilik eləsin. Axı burada hansı vasitəçilikdən söhbət gedir? Azərbaycan öz ərazilərini artıq hərbi yolla azad edir. Sən burada ya mənə dəstək verməli, ya bitərəf qalmalı, ya da düşmənin tərəfini tutmalısan, daha vasitəçilik nədir? Yenidən atəşkəs, danışıqlar? İranın ən axırıncı mövqeyi bax bundan ibarətdir”.
Həmsöhbətimiz vurğulayıb ki, heç kəs Ermənistanın beynəlxalq hüquqi cinayət elədiyindən danışmır:
“Ancaq mücərrəd şəkildə hansısa bir atəşkəsdən, bölgənin sabitliyindən söhbət açırlar. Nə Azərbaycan xalqının taleyini düşünən, nə də ermənilərin əməllərinə obyektiv siyasi qiymət verən var. Bütün baş verənlər göstərir ki, bunların hamısı siyasi konyunkturadır. İranın mövqeyini mən belə dəyərləndirirəm, yəni artıq görürlər ki, Azərbaycan öz gücü ilə qələbə qazanır, “Heç olmasa Azərbaycanı itirməyək”,-deyirlər. İranın mövqeyinin necə olması baş verən hadisələrə təsir göstərmir”.
Sərdar Cəlaloğlu hesab edir ki, bu bəyanat daha çox İranın daxili auditoriyasına hesablanıb:
“Bizim qardaşlarımız-oradakı Azərbaycan türkləri hazırda olduqca narahatdır, onları sakitləşdirmək, könüllərini oxşamaq üçün verilən bir bəyanatdır. Biz İranla qonşuluq münasibətlərini saxlamalı, qarşılıqlı əməkdaşlıq etməliyik, bundan uzağa gedə bilmərik. Zatən İran bizlə olduqca ehtiyatlı mövqe tutur”.
“Qələbə labüd olduğundan heç kim Azərbaycanı itirmək istəmir“ - Sərdar Cəlaloğlu
06
noyabr
19:54
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev