Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ölkənin ən böyük ticarət birliyi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində aparılan iqtisadi fəaliyyətləri, eləcə də, Qarabağdakı separatçı rejimə göstərilən hər hansı maddi və digər formada dəstəyi qınayır.
Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasından məlumat verilib.
Bildirilib ki, AmCham bu cür qanunsuz fəaliyyət göstərən bütün şəxsləri və şirkətləri şiddətlə qınayır:
“Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən təşkilatlarla birbaşa və ya dolayısıyla işgüzar əlaqələrin qurulmasının qəbuledilməz olduğunu da qeyd edirik.
Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın işğal olunmuş digər ərazilərində bu cür fəaliyyətlə məşğul olan şəxs və şirkətlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, eləcə də, milli və beynəlxalq qanunları pozduqlarına görə hüquqi məsuliyyət daşıyırlar.
Hər bir şəxsi və şirkəti Azərbaycanın müvafiq qanunlarına və beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa çağırırıq”, - deyə bəyanatda qeyd edilib.
"McDonalds"ın arxasındakı qurumdan AÇIQLAMA
04
noyabr
11:59

Qarabağ
KOMMENTLƏR
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb - Hikmət Hacıyev
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
XİN Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
"Başqa həll modeli mövcud deyil” - Hikmət Hacıyevdən Qarabağ AÇIQLAMASI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat