"Maraqlı oyun alındı. Çoxlu qol epizodları izlədik. Qələbə qazanmağımız əhval-ruhiyyəmizi yaxşılaşdırdı. Əsgərlərimizi qazandığı uğurlar, qələbələr sevincimizi ikiqat edir. İnanıram ki, yaxın zamanda böyük qələbəni eşidəcəyik və bütün torpaqlarımız işğaldan azad ediləcək".
Bu fikirləri "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın IX turunda evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, ilk 15-20 dəqiqəni yaxşı oynaya bilməyiblər: "Sumqayıt" ilk dövrənin lideridir, bunu öz oyunları ilə göstəriblər. Bizə 20 dəqiqə ərzində çətinliklər yaşadıblar. Daha sonra rəqib qapısında təhlükəli epizodlar yarada bildik və hissənin sonlarında istəyimizə çatdıq. Hesabda öndə olsaq da, rahat ola bilməzdik.
İkinci yarıda oyunçular daha çox güc sərf etdilər və verilən tapşırıqları qoruyub saxlaya bildilər. Möhtəşəm qələbə qazandıq. İstəyirik ki, yuxarı pillələrdən kənarda qalmayaq. Bu nə qədər alınacaq, bilmirəm. Amma bu gün oyunçuların işlərinə yanaşması bizi razı salır. Hər birini təbrik edirəm, rəqibə də uğurlar arzulayıram".
Hacıyev mövsümöncəsi bütün komandalara nisbətən toplanışa gec başladıqlarını xatırladıb: "Komandada komplekləşmə gec oldu. Gecikmələr olanda rəqiblər bizdən daha hazırlıqlı idi. İstədiyimiz futbolçuların hamısını əldə edə bilmədik. Vaxt keçdikcə oyunumuzu daha da yaxşılaşdırırıq. Təcrübəli və gənc oyunçulardan faydalanırıq".
Baş məşqçi qapıçı mövqeyində daha yaxşı formada olana şans verdiklərini sözlərinə əlavə edib: "Gələcəkdə Kamran Ağayevin formasında çox şey asılı ola bilər. Uzun müddət məşqsiz və oyunsuz qalıb. Ona inanırıq, çox səylə çalışır. Futbolda hər zaman formada olan şans qazanır.
Qapıçı mövqeyi bir qədər fərqlidir. Qapıçıların hamısını düşünmək lazımdır. Kamran ən yaxşı formasında olsa belə, çalışacağıq ki, Nikolas Hagenə və ona oyunlarda yer verək.
Hacıyev texniki işçilərin koronavirus testinin müsbət olduğunu söyləyib: "Klubun həkiminin testi pozitiv olub. İki həftəlik təcriddən sonra qayıdacağına inanırıq. Müdafiəçi Kamal Qurban da koronavirusa yoluxub. Bu infeksiya məşhur oyunçulara da təsir edib". /Report
“Səbail”in həkimi və futbolçusu koronavirusa yoluxdu
07
noyabr
22:09
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev