“Şəhidlər ölməz, Vətən bölünməz. Şəhidlər ölməz, Vətən bölünməz...”
Bu uşaqlar Sumqayıtda yerləşən “Qaçqın şəhərciyi”nin sakinləri idilər. Amma daha qaçqın deyillər. İndi bütün ölkənin sevincini bu uşaqların gözlərində görmək mümkündür. İndi bu şəhərcikdə yaşayan insanlar həyatlarının bəlkə də ən xoşbəxt günlərini yaşayırlar.
Lent.az-a Şuşa şəhər sakini Nuranə Həsənova deyir ki, xəbəri eşidəndən bayram edirlər:
“Xəbəri eşidəndə sevincimizin həddi-hüdudu yox idi. Yenidən torpaqlarımıza qovuşacağımızı biləndə keçirdiyimiz o hissləri təsvir edə bilmirəm”.
Həmin illərdə Nuranə xanımın 22 yaşı olub. Artıq 50 yaşını haqlamış həmsöhbətimiz o dəhşətli günləri belə xatırlayır:
“Bütün evlər gözlərimizin önündə yanırdı. Çoxlu şəhidlərimiz oldu. Kim necə bacardısa, elə də çıxdı şəhərdən. Atam Şuşadan Laçına qədər piyada gəlmişdi. Biz onda Yevlaxda yerləşmişdik və onu ölmüş bilirdik. Amma gəlib çıxdı”.
İki övlad anası Nuranə xanım həyat yoldaşını cavan yaşda itirib. Çox əziyyətlər çəkdiyini deyən həmsöhbətimiz ən gözəl, qayğısız günlərini Şuşada keçirdiyini bildirib. “Şuşanı vəsf etmək üçün sözlər aciz qalır” deyən Nuranə xanım həmin illərdə tələbə olduğunu qeyd edib:
“O yerlərin tayı-bərabəri yoxdur. İndi hamı deyər ki, öz şəhərinizdir deyə tərifləyirsiniz. Amma elə deyil. Biz ora qayıdaq, siz də qonaq gələrsiniz və o gözəllikləri öz gözlərinizlə görərsiniz”.
Nuranə xanımın oğlu, 18 yaşlı Fariz Heydərov deyir ki, Şuşanı ancaq valideynlərinin danışdığı söhbətlərdən eşidib, televiziyada gördüyü kiçik videolardan görüb. Amma bu, onun doğma torpağına olan sevgisini azaltmayıb. Şuşaya qayıtmaq, orada yaşamaq Farizin arzusudur:
“Mən Şuşanı görməmişəm. Amma eşitdiklərim onun gözəlliyini təsəvvür etməyimə bəs edib. Orada yaşamaq və gələcəyimizi qurub-yaratmaq ən böyük arzumdur”.
22 yaşında Şuşadan çıxan qadın 18 yaşlı oğlu ilə geri qayıdır: “Orada yaşayacağıq” - VİDEO
12
noyabr
16:38
Qarabağ
KOMMENTLƏR
Şuşa alınanda məşhurlar nə edəcək? - “Torpağı yalayacam...“
“Şuşa həsrətimin bitməsinə sayılı günlər qalıb” – Firəngiz Mütəllimova
Şəhid polkovnikin oğlu: “Atamın qisası alındı” (VİDEO)
Xankəndidən qaçan erməni həkimdən şok sözlər: - Hər yerdə ölü və yaralı əsgər...
Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev