“10 noyabr 2020-ci il Azərbaycanın müasir tarixinə əbədi həkk olunacaq”.
Bu fikilər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin İkinci Qarabağ savaşı barədə yazdığı məqalədəndir.
Ramiz Mehdiyev məqaləsində İkinci Qarabağ savaşının birmənalı olaraq Azərbaycanın qələbəsi ilə bitdiyini yazır. Akademik həmçinin bəzi müxalifət nümayəndələrinin bu qələbəyə kölgə salmağa cəhd etdiyini qeyd edir.
“Təəssüf ki, Azərbaycanın bu müharibədəki tarixi qələbəsi fonunda hakimiyyətin bəzi əleyhdarları və ekspertlər birliyi əldə edilən qələbənin əhəmiyyətiunə kölgə salmağa çalışırlar. Onların arasında diplomatiyamızın Azərbaycanın hərbi üstünlüyündən tam istifadə edə bilmədiyini hesab edərək Azərbaycanın tam hüquqlu qələbəsini tanımaqdan qəti şəkildə imtina edənlər də var”, - məqalədə vurğulanır.
O daha sonra hakimiyyət əleyhdarlarının diqqətini İkinci Qarabağ savaşının “çox vacib tarixi və ideoloji” tərəfinə yönəldib.
“Hakimiyyət əleyhdarlarının diqqətini bu müharibənin çox vacib tarixi və ideoloji tərəfinə yönəltmək istərdim. Birincisi, Nadir şah dövründən bəri Azərbaycan ilk dəfə öz ata-baba torpaqlarını geri qaytara bildi. Şübhəsiz ki, bunun tarixi əhəmiyyəti var.
İkincisi, bu müharibə göstərdi ki, Azərbaycan cəmiyyəti ümumi düşmən qarşısında birləşmək üçün böyük bir potensiala malikdir. Xalqın və dövlətin maraqları naminə bu potensial daha da inkişaf etdirilməlidir. Bu xüsusilə, Azərbaycanın zəngin mədəni irsi, qalibiyyət ənənəsi, Azərbaycan xalqının Prezident İlham Əliyevlə birliyi və hərbi əməliyyatlar zamanı şahidi olduğumuz vətənpərvərlik baxımından son dərəcədə vacibdir”.
Ramiz Mehdiyevdən müxalifətə çağırış: “Kölgə salmağa çalışmayın…”
16
noyabr
11:41
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev