Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat vurğulayıb:
“Ermənistan SQ və onların himayəsində fəaliyyət göstərən erməni silahlı quldur dəstələri gördülər ki, müqavimətin mənası yoxdur, Azərbaycanla hərbi müstəvidə danışmaq qeyri-mümkündür, Azərbaycana qarşı Azərbaycan Ordusu ilə döyüşmək, ona qarşı mübarizə aparmaq özünüintihardan başqa bir şey deyil. Tarixi ədalət bütün Qarabağ ərazisinə gəlmiş oldu. Yaxın anlarda Azərbaycan bayrağı Xankəndidə, Azərbaycanın müvəqqəti nəzarətində olmayan digər ərazilərində də bərpa olunacaq. Bu gün böyük qürur və fəxarət hissi ilə qeyd etmək olar ki, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz növbəti tarixi zəfərə imza atdı, Azərbaycan ərazilərinin tam suverenliyini bərpa etmiş oldu, tarixi ədaləti bununla da bərpa etdi. Bir sözlə, son 3 il ərzində Azərbaycanın irəli sürdüyü tələbləri israrla qəbul etməyən Ermənistan Silahlı Qüvvələri və erməni silahlı dəstələri cəmisi bir sutka ərzində Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ağ bayrağı qaldırmağa və şərtlərimizi qəbul etməyə məcbur oldular”.