Avropada tüğyan edən “Kiaran” qasırğası İtaliyanın şimal regionlarını da cənginə alıb.
AZƏRTAC xəbər verir ki, Toskana, Emiliya-Romaniya və Veneto bölgələrində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən 4 nəfər ölüb, 6 nəfər itkin düşüb.
Leysan yağışları nəticəsində çaylar məcrasından çıxıb, evləri su basıb, magistral yollar su altında qalıb.
Təxminən 800 hektar əkin sahəsinə ziyan dəyib, bəzi bölgələrdə daşqın təhlükəsi var. Toskanada 40 min evə elektrik enerjisinin verilişi dayanıb.
Mülki müdafiə qüvvələri gecə saatlarından bəri minə yaxın əməliyyat keçirib.
Bir sıra bölgələrdə küləyin sürəti saatda 150 kilometrə çatıb, 200 millimetrədək yağıntı düşüb.
Güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb.
Torpaq sürüşməsi nəticəsində yollar bağlanıb.
Paytaxt Roma sahillərində də güclü külək müşahidə olunur, dalğaların hündürlüyü 3 metri ötüb.
İtaliyada qasırğa azı dörd nəfərin ölümünə səbəb olub
03
noyabr
13:10
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı