Pakistanın şimal-qərbində polis məntəqəsində partlayış nəticəsində 24 polis əməkdaşı həlak olub.

İndiaToday xəbər verir ki, bölmənin qarşısında terrorçu-kamikadze partlayıcı yüklü yük maşınını partladıb, ardınca silahlı şəxslər bölməyə daxil olaraq insanlara atəş açıb.

Ölənlərin sayının artacağı istisna olunmur.

***

10:17

Pakistanın şimal-qərbində partlayış nəticəsində 4 polis həlak olub.

Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Dera İsmayıl Xan bölgəsində polis idarəsinə hücum edilib. Silahlı qarşıdurma zamanı bomba partladılıb və baş vermiş terror aktı nəticəsində 28 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş vermiş hadisəyə görə məsuliyyəti “Təhrik-i-Taliban-i-Pakistan” (və ya Pakistan Talibanı) öz üzərinə götürüb.скачать dle 12.1