Əgər Rusiya atəşkəslə razılaşsaydı, Ukrayna Rusiyanın strateji aviasiyasını məhv etməyə yönəlmiş “Hörümçək toru” əməliyyatını həyata keçirməzdi.
"Bakisesi.com" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bəyan edib
“Atəşkəs həmin əməliyyatdan əvvəl razılaşdırıla bilərdi. Əgər bu baş versəydi, əməliyyat olardımı? Xeyr”, – deyə o bildirib.
“Yəni bu o demək deyil ki, biz eyni anda həm atəşkəs istəyirik, həm də heç nə etmirik. Bu, bizim yanaşmamızdır. Qaydaları biz seçməliyik. Mən hesab edirəm ki, atəşkəsin qaydaları hamı üçün keçərlidir. Əgər bu qaydalar pozulursa, biz də onları poza bilərik”, – deyə Prezident vurğulayıb.
Qeyd edək ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bir ildən artıq müddətdə planlaşdırılan “Hörümçək toru” əməliyyatını həyata keçirib.
UTX-nin dronları eyni anda bir neçə Rusiya aviabazasına – “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo” aerodromlarına hücum edib.
UTX rəhbəri Vasili Malyukun sözlərinə görə, zərbələr nəticəsində Rusiyanın strateji aviasiyasına məxsus 41 təyyarə sıradan çıxarılıb. Bunlar arasında A-50, Tu-95, Tu-22M3 və Tu-160 təyyarələri də var.
Ümumilikdə söhbət Rusiyanın əsas hərbi aerodromlarında yerləşən qanadlı raket daşıyan strateji aviasiyasının 34 faizinin məhv edilməsindən gedir. Zərər vurulan təyyarələrin təxmini dəyəri 7 milyard ABŞ dollarına çatır.
"Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
05
iyun
08:00
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı