"Fransa kimi Kanada da Türkiyə və Azərbaycana qarşı eyni siyasəti aparır”.
Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu Azərbaycana dəstəyinə görə Kanadanın Türkiyəyə qoyduğu embarqodan danışarkən deyib. O bildirib ki, Kanada Fransa ilə yaxın olan ölkədir:
"Kanada anti-Azərbaycan, anti-Türkiyə siyasəti yeritmək istədi. Dronlara elektrik cihazlarını vermədi. Amma bu, nə Türkiyəyə, nə də bizə problem yaşatdı. Türkiyə bu problemi bir günün içində həll elədi. Biz də düşmənə ağır zərbələr vurmaqda davam etdik”.
 

 
Politoloq qeyd edib ki, Kanada zaman keçdikcə Türkiyə-Azərbaycan əleyhinə siyasətindən əl çəkəcək:

"Azərbaycan və Türkiyə ilə münasibət qurmaq onun da xeyrinədir. Düzdür, Makronla bizim münasibətimiz yaxşı alınmayacaq. Amma Makrondan sonra gələn prezident əgər normal siyasət yürütsə, münasibətlər normallaşa bilər. Bizim Kanada ilə isə elə də iqtisadi-siyasi münasibətlərimiz yoxdur. Ola bilsin, Türkiyənin iqtisadi münasibətləri var. Amma bu münasibətlərin  gərginləşməsi Türkiyəyə ziyan vurmayacaq. Qoy Kanada düşünsün ki, iki dövlətlə münasibətləri gərginləşdirir. Artıq münasibətləri normallaşdırmaq Kanadanın maraqlarına xidmət edir”.  

Qeyd edək ki, Azərbaycana dəstəyinə görə Kanada Türkiyəyə embarqo qoyub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 
скачать dle 12.1