“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində əldə edilmədi. Zəfərin əsl səbəbi şəhidlərimizdir. Texnologiya sadəcə bir maşındır, texnikadır. Bu səbəblə əsgərlərimizi yetişdirən Azərbaycan xalqına təşəkkür edirəm, şəhidlərin ruhu şad olsun”.
Bu sözləri Türkiyənin “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrini istehsal edən “Baykar Holding” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
Yüksək texnoloji şirkətlərinin qurucularını və icraçı direktorlarını bir araya gətirən “World Net Summit” də çıxış edən Selçuk Bayraktara Qarabağdakı müharibədə Azərbaycan ordusunun əldə etdiyi qələbədə “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin rolu barədə soruşublar.
“Qarabağ məsələsi bizim gənclik illərimizdə adətən içimizdəki yara idi. Bu gün Azərbaycan və Türk ordularının böyük mübarizəsi sayəsində bu yara əsasən sona çatmış oldu. Burada da milli texnologiyanın, ölkəmizin işləyib hazırladığı milli texnologiyanın rol oynamış olması bizim üçün açıq desək, böyük qürurdur. Mən burada, hamınızın hüzurunda bu səfərin əsl sahibi olan şəhidlərimizin ruhlarını şad etmək istəyirəm. Eşq olsun Türk ordularına! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”,-Selçuk Bayraktar bildirib. (//video.piri.net/resim/upload/video/2020/12/18/52f7b2aad0924f62a74cd1d80bb89ecb.mp4)
Qeyd edək ki, Azərbaycan ordusu Qarabağdakı Vətən müharibəsində pilotsuz sistemlərin geniş çeşidini,o cümlədən hədəfləri aşkar edib onu daşıdığı yüksək dəqiqlikli raketlərlə məhv edən “Bayraktar TB2” pilotsuz zərbə təyyarələrindən geniş istifadə edib. “Bayraktar TB2” PUA-ları bundan əvvəl Suriya və Liviyadakı hərbi əməliyyatların gedişini Türkiyənin xeyrinə dəyişdirməkdə böyük rol oynamışdı.
Qarabağda qələbəni şəhidlərimiz qazandırdı, "Bayraktar" vasitədir - Selçuk Bayraktardan möhtəşəm çıxış
19
dekabr
11:34
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev