İqtisadçı alim Qubad İbadoğlu Azərbaycan Ordusunun Dağlıq Qarabağda irəliləməsində böyük pay sahibi olan türk dronlarının memarı Səlcuq Bayraktar haqqında tərifli sözlər deyib.

 Q.İbadoğlunun sosial media hesabındakı bu təklifi qardaş Türkiyə mediasında da gündəm olub. O, paylaşımında, “Səlcuq Bayraktara əvvəlcə Azərbaycanın fəxri vətəndaşı və daha sonra isə Milli Qəhrəman adı verilsin. Onun bu işdə əməyi böyükdür”-deyə Qubadoğlu bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu 27 sentyabrdan başlatdığı əks-hücum əməliyyatı zamanı bir çox şəhərləri erməni işğalından azad edib. Dağlıq Qarabağda kritik əhəmiyyətə malik olan Şuşa şəhəri ilə yanaşı, bir çox strateji məntəqələri ələ keçirən Azərbaycan Ordusunun uğur qazanmasında türk dronlarının da rolu böyükdür.

T3 Mütevelli Heyətinin sədri və Baykar Texniki Meneceri Selçuk Bayraktarın istehsal etdiyi  dronlar sayəsində Azərbaycan ordusu bir çox kəndi erməni ordusunun işğalından azad edib. Bu uğur ABŞ-da Rutgers Universitetinin müəllimi, azərbaycanlı iqtisadçı alim Qubad İbadoğlu tərəfindən yüksək qiymətləndirilib.
скачать dle 12.1