Türkiyədə məhkəmə “Digitürk” kanalını “Şaban” ləqəbi ilə məşhurlaşan Kemal Sunala görə cərimələyib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanal 100 min lirə cərimələnib.
Buna səbəb aktyorun fotolarından ailəsinin razılığı olmadan istifadə edilməsidir.
Mərhum sənətçinin övladları və həyat yoldaşı iddia qaldıraraq telekanalln icazəsiz reklam yayımladığını bildirib. Reklam zamanı “Şaban”ın fotolarından, karikaturalardan istifadə olunub. Onlar karikaturaların aktyorun xatirəsinə hörmətsizlik olduğunu bildirib.
Maddi və mənəvi təzminat tələb edən ailənin mənəvi təzminat iddiası rədd edilsə də kanal 100 min lirə maddi təzminatı ödəyəcək.
скачать dle 12.1