Ümumdünya Səhiyyə Təşkilatı “COVID-19”a qarşı “Pfizer/BioNTech” peyvəndinə ilk dəfə təcili istifadə üçün icazə verib.
Bu barədə ÜST-nin tvitter hesabında məlumat verilib.
““COVID-19”a qarşı “Pfizer/BioNTech” bu gün ÜST-dən təcili təsdiq alan ilk peyvənddir. Vaksinin bütün vacib təhlükəsizlik və effektivlik parametrlərinə cavab verdiyini müəyyən etdik. Koronavirusla mübarizədə faydaları potensial risklərdən çoxdur”, - deyə açıqlamada vurğulanıb.
Bildirilib ki, gələcəkdə əlavə məlumatları araşdırdıqdan sonra ÜST təcili deyil, istifadə üçün qalıcı bir icazə verə bilər.
Qeyd edək ki, sözügedən peyvənd Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanıb.
“BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi türkiyəli alim Uğur Şahindir.
21 dekabr tarixində Avropa Dərman Agentliyi “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış koronavirus peyvəndinin istifadəsinə icazə verib. 11 dekabrda ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin Qida və Dərman İdarəsi bu COVID-19 peyvəndini təsdiqləyib.
Artıq ABŞ-da və bir sıra digər ölkələrdə istifadə olunur.
ÜST bu vaksinin istifadəsinə icazə verdi
01
yanvar
16:19

Qarabağ
KOMMENTLƏR
ÜST-dən təcili istifadə üçün icazəni ilk bu vaksin aldı
"BioNTech/Pfizer" da effektiv olacaq" - Peyvəndin yaradıcısı
Türkiyə Rusiya vaksinindən niyə imtina etdi? - Nazirdən AÇIQLAMA
Peyvənd sayəsində dünyanın ən zəngin 500 adamından biri oldu
Türk alimlərin peyvəndi il sonuna kimi istifadəyə buraxıla bilər
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat