Pakistanın Hindistan tərəfindən işğal edilmiş Kəşmir bölgəsində kütləvi məzarlıq aşkar olunub.
Milli.Az Teleqraf.com-a istinadən bildirir ki,bu barədə Beynəlxalq İnsan Haqları Məhkəməsinin yayımladığı hesabatda bildirilib.
Hesabatda Cammu Kəşmirin şimalında aşkar olunan məzarlıqda ən azı 2 900 nəfərin kütləvi şəkildə dəfn olunduğu açıqlanıb.
Araşdırma Bandipora, Baramulla və Kupvara bölgələrini əhatə edən 55 kənddə aparılıb.
Məhkəmə Hindistan hökumətinə müraciət edərək, məsələnin araşdırılmasını tələb edib. Məsələ ilə əlaqədar Kəşmir regional rəhbərliyi və rəsmi Dehli məlumatlandırılıb.
İnsan haqları müdafiəçisi Anqana Çatterji təspit edilən 2 900 məzardan 2 373-nün adsız olduğunu, 154 məzarda 2 cəsəd, 23 məzarda isə 3-17 cəsəd aşkar edildiyini bildirib.
ABŞ-da fəaliyyət göstərən insan haqları müdafiəçisi olayla əlaqədar müstəqil araşdırmanın başladılmasını tələb edib.O, Hindistan hökumətinin yayımlanan hesabatı gözardı etdiyini də vurğulayıb.
Kütləvi məzarlığın bəşəri cinayət olduğunu qeyd edən Çatterji bunun soyqırımı olmasını da diqqətə çatdırıb: "Bandipora, Baramulla və Kupvarada tapılan məzarlar hind ordusu və paramilitary güclərin bölgədə həyata keçirdiyi kütləvi qətliamların bir hissəsidir".
Çatterji Hindistan ordusu tərəfindən törədilən soyqırımında həlak olanların müsəlman olduğunu deyib.
Cammu və Kəşmirdə Hindistan ordusu ilə müstəqillik tərəfdarları arasında 1989-cu ildən bu yana baş verən qarşıdurmalarda ən azı 100 min insanın həlak olduğu ehtimal olunur.
55 müsəlman kəndi yerlə-yeksan edilib - Gizli soyqırımın üstü açıldı
05
oktyabr
16:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev