Yanvarın 13-də İtaliyada hökumət koalisiyası dağılıb.
Keçmiş Baş nazir Matteo Renzinin rəhbərlik etdiyi “İtalia Viva“ partiyası koalisiyalı hökumətin tərkibində iştirakdan imtina edib və hökumətdəki iki nazirinin fəaliyyətini dayandırıb. Bununla da bitərəf Baş nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi və tərkibinə “Beş ulduz hərəkatı” və sosial-demokratların (“Partido Democratico”) təmsil olunduğu koalisiya ölkə parlamentində mütləq səs çoxluğunu itirmiş olub.
M. Renzinin bu addımı atmasında əsas səbəb kimi Avropa İttifaqının üzv ölkələr üçün nəzərdə tutduğu və koronavirus böhranından çıxış üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı təyinat üzrə xərclənməsindəki fikir ayrılığı göstərilir. Bundan başqa M. Renzi hökumət rəhbəri C. Konte ilə digər mövzularda da ortaq məxrəcə gələ bilmir. M. Renzi dəfələrlə hökuməti Avrozonanın yardım fondu olan Avropa Sabitlik Mexanizmi çərçivəsində kreditlər götürməyə və həmin vəsaitləri ölkənin səhiyyə sistemini dirçəltməyə sərf etməyə çağırıb. Koalisiyada əsas siyasi qüvvə olan “Beş ulduz hərəkatı“ isə bu təklifi rədd edib.
Bundan başqa M. Renzi hökumət başçısını koronavirus pandemiyası dövründə parlamenti nəzərə almadan və koalisiya tərəfdaşları ilə məsləhətləşmələr aparmadan ölkəni təkbaşına idarə etməkdə ittiham edib. (Azərtac)
Mətbuatın məlumatına görə, Baş nazir C. Konte artıq dövlət başçısı Sercio Mattarella ilə görüşüb və mövcud vəziyyət barədə onu məlumatlandırıb.2019-cu ilin sentyabrından ikinci dəfə hökumət başçısı kimi koalisiyaya rəhbərlik edən C. Konte hazırkı böhran dövründə növbədənkənar seçkilərin keçirilməsini istəmir. Ona görə də onun parlamentdə mütləq səs çoxluğu üçün cəhd göstərəcəyi gözlənilir. Bunun üçün parlamentin aşağı palatasında onun koalisiyasına azı 25 deputat, Senatda isə 18 senator qoşulmalıdır.
İtaliyada hökumət koalisiyası dağıldı
14
yanvar
09:22
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev