Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.
Bunu “Turan” İnformasiya Agentliyinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib:
“Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə təqdim edib. Ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan hökuməti tərəfindən təqdim edilib”.
Kamal Cəfərov hesab edir ki, burada əsas məqsəd Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin birbaşa pozuntusunu sübut etməkdir:
“Hesab edirəm ki, müəyyən çətinliklər olsa da, qarşıya qoyulmuş hədəfə çatacağıq. Birincisi, bu bizim haqq və beynəlxalq ədalət uğrunda mübarizəmizdir. İkincisi, AİHM təcrübəsində dövlətlərə qarşı bu cür iddialar qaldırılıb, bizim ərizəmizin də xeyrinə olan işlər var”.
Kamal Cəfərovun sözlərinə görə, ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu Ermənistanın işğal etməsi nəticəsində vətəndaşların bir sıra hüquqlarının pozulması məsələləri qaldırılır:
“Həmçinin, Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi (Birinci Qarabağ Müharibəsində) və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür”.
Deputatın açıqlamasına görə, orada 44 günlük müharibə zamanı (İkinci Qarabağ Müharibəsi) Ermənistan Respublikası silahlı qüvvələrinin Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq şəhər və kəndlərin, mülki infrastrukturun kasetli, fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutmasından bəhs edilib:
“Bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın, 28 qadının həlak olması, 423 şəxsin yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır”.
Deputatın sözlərinə görə, bu, dövlətlərarası səviyyədə Ermənistana qarşı ilk işdir.
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
09
fevral
09:18
Qarabağ
KOMMENTLƏR
Ermənistan Azərbaycanı məhkəməyə verdi
"Azərbaycan hökuməti bu əməllərə görə məsuliyyət daşıya bilməz"- MÜSAHİBƏ
Ermənistanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
Dilqəm və Şahbazla bağlı məhkəmə prosesi tezləşə bilər - TƏLƏB
Ermənistanın heç bir mənəvi haqqı yoxdur - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı