Bu gün Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri Ankarada bir araya gəlib.
Görüşdə Türkiyənin xarici siyasət institutunun rəhbəri Mövlud Çavuşoğlu birgə keçirilən mətbuat konfransında Azərbaycan üçün də vacib olan önəmli açıqlamalar səsləndirib.
Çavuşoğlu deyib ki, Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına görə Türkiyə çox sevinclidir.
Çavuşoğlu əlavə edib ki, Ankara türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır.
Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, türkmən neftinin və qazının Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına daşınması hər 3 ölkənin bölgədə çəkisini və rolunu artıracaq. “Türkiyə paralel olaraq Xəzərin dibi ilə boru xəttinin çəkilməsini də arzulayır. Bunu da reallaşdırmaq mümkündür. Maneə kimi göstərilən Rusiya özü Qara dənizin və Baltik dənizinin dibi ilə boru xətləri çəkib, birini də bitirmək üzrədir. Rusiya özü başqa dənizlərin dibi ilə boru xətləri çəkirsə Xəzərin dibi ilə çəkilməsi planlanan boru xəttinin çəkilişinə ciddi maneə yarada bilməyəcək, yetər ki, bu məsələdə birinci növbədə Türkmənistan israrlı olsun”, - deyə Şahinoğlu vurğulayıb.
Türkiyənin xarici işlər naziri mətbuat konfransında yenidən Ermənistana çağırış edib: “Bölgədə davamlı sülh üçün, bölgənin inkişafı üçün tarixi fürsət var. Ermənistanın da sülh yolunu seçməsinə ümid edirik. Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”.
Elxan Şahinoğlu Çavuşoğlunun fikirlərini şərh edərkən bildirib ki, Ermənistanda hələ Azərbaycan və Türkiyə ilə barış barədə düşünmürlər, qonşu ölkə məğlubiyyəti həzm etməkdə çətinlik çəkir. “Bu bir qədər zaman alacaq. Buna baxmayaraq, İrəvan 10 noyabr və 11 yanvar bəyanatlarının kommunikasiya xətlərinin açılması hissəsini yerinə yetirməyə başladıqda istər-istəməz Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıq çərçivəsinə daxil olacaq”, - deyə analitik əlavə edib.
Mövlud Çavuşoğludan Azərbaycanla bağlı ÖNƏMLİ MESAJLAR
23
fevral
17:04
Qarabağ
KOMMENTLƏR
İlham Əliyev Türkmənistan Prezidenti ilə videokonfrans keçirdi
Azərbaycanla Türkmənistan “Dostluq” yatağını bu nisbətdə bölüşdürəcək - SAZİŞ
“Bu, bölgədə sülh üçün atılan ən böyük addımdır” - Çavuşoğlu
Çavuşoğlu ilə Ceyhun Bayramov bu məsələləri müzakirə edəcəklər
Çavuşoğludan atəşkəs barədə: “Önəmli fürsət var, hədər verməməliyik” - VİDEO
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev