Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə yeni namizəd irəli sürüb.
N. Paşinyan Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması barədə Prezident Armen Sarkisyana vəsatət verib.
Qeyd edək ki, A. Davtyan 2018-2020-ci ildə də Silahlı Qüvvələrin Baş Qərargah rəisi olub. Son təyinata qədər isə o, xüsusi tapşırıqlar üzrə baş zabit postunu tutub.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar martın 10-dan qüvvəyə minmiş sayılır.
Nikol Paşinyanın bu gün Ermənistan hökumətinin saytında yayımlanan bəyanatında deyilir ki, Ermənistan Prezidenti bu məsələ ilə əlaqədar Baş nazir tərəfindən təqdim olunan fərman layihəsini imzalamadığı və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün O. Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş hesab olunur.
Ermənistanda daxili siyasi böhran fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra daha da pisləşib. N. Paşinyan bunu çevriliş cəhdi kimi qiymətləndirib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Lakin Ermənistan Prezidenti Armen Sarkisyan bu sənədi imzalamayıb və Baş nazirlik aparatına geri qaytarıb.
N. Paşinyan sənədi təkrar Ermənistan Prezidentinə göndərib, eyni zamanda Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib. Ermənistan Prezidenti Baş Qərargah rəisinin azad olunmasına dair sənədlə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyib, bildirib ki, bu, hüquqi prosedur kimi Baş nazirin səlahiyyətindədir. (APA)
Paşinyan Baş Qərargah rəisi vəzifəsinə namizəd irəli sürdü
10
mart
14:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat