“Ermənistan hakimiyyəti 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın atəşkəslə bağlı imzaladığı üçtərəfli bəyanatdan sonra ölkənin geopolitik vəziyyətdən çıxarmaq üçün nəinki addım atıb, əksinə fəaliyyəti ilə vəziyyət daha da ağırlaşdırıb”.
Bu, Ermənistan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin martın 1-də yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, baş nazir Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan və yüksək vəzifəli başqa hərbçiləri vəzifədən azad etməyə cəhd göstərməsi ölkənin ərazi bütövlüyünə, regionda yaranan zərif sülhə zərbədir. Akademiklər Ermənistan ordusunu ermənilərin varlığı üçün başlıca təminat sayırlar. (Report)
Qeyd edək ki, fevralın 24-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bundan sonra baş nazir Baş Qərargahın rəisi Onik Qasparyanın istefaya gönədirilməsi ilə bağlı prezident Armen Sarkisyana təqdimat göndərib. Ermənistan prezidenti baş nazirin təqdimatını 2 dəfə geri qaytarıb.
Erməni alimlər də Paşinyanın istefasını tələb edir
01
mart
20:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat