Türkiyəyə sanksiya layihəsinin müəllifləri, amerikalı senatorlar Kris Van Ollen və Lindsey Qraham Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatı idarə heyətinin başçısı İlham Əhmədlə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutub.
Görüş barədə açıqlama verən Ollen terrorbaşını “Suriya kürdlərinin yüksək rütbəli siyasi nümayəndəsi” adlandırıb və qeyd edib:
“İlham Əhmədlə görüşdən sonra Suriyanın şimal-şərqindəki vəziyyətdən çox narahatıq. Konqres bu dəqiqə ABŞ hərbi qüvvələrinin Suriyaya qaytarılması qərarı verməli, hava dəstəyi və Türkiyəyə qarşı sanksiyalar davam etdirilməlidir”.
Amerikalı siyasətçi Türkiyə ordusunun Suriyada keçirdiyi anti-terror əməliyyatlarını “qətliam” adlandırıb. İlham Əhməd isə bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampa telefon zəngi etdiyini bildirib.
Türkiyəyə qarşı sanksiyaların memarlarından biri olan senator Lindsey Qaraham da görüşdə yer alıb: “Hər kəsdən daha çox Türkiyəni günahlandırıram. Türkiyənin Suriyaya müdaxiləsi İŞİD-in məğlubiyyətini risk altında qoydu”.
Qraham ABŞ liderliyindəki koalisiyanın Suriyadakı neft sahələrinin təhlükəsizliyini təmin etməsinin vacibliyinə də diqqət çəkib.
Əlavə edək ki, Türkiyənin ABŞ-a verdiyi 5 günlük vaxt bu gün bitir. Həmin anlaşmaya əsasən, ABŞ Suriya-Türkiyə sərhədindəki kürd terror təşkilatlarını geri çəkməlidir.
Rəsmi Ankara anlaşmaya əməl edilməyəcəyi halda, anti-terror əməliyyatlarını davam etdirəcəklərini açıqlayıb.
ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…
22
oktyabr
11:30
Qarabağ
KOMMENTLƏR
Ərdoğan və Tramp arasında sensasion anlaşma – Son dəqiqə
"Cəhənnəmdən gəlmə" sanksiyalar Konqresdə: Ərdoğan, köməkçisi və nazirlər... - 90 gün VAXT VERİLDİ
Türkiyə Ordusu Suriyada daha bir yaşayış məntəqəsini terrorçulardan təmizlədi
“İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı
Trampın köməkçisi təcili Türkiyəyə gəldi - Bu səbəbə görə
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev