"PKK/YPG-nin 120 saat ərzində təhlükəsiz bölgəni tərk etməsi üçün "Barış Pınarı" əməliyyatına ara veririk və bu, atəşkəs deyil".
Bakisesi.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. XİN rəhbəri qeyd edib ki, YPG-nin ağır silahlarının yığılması və sursatların məhv edilməsi barədə razılığa gəlinib:
"Yalnız terror ünsürləri bölgəni tərk etdikdən sonra hərəkatı dayandırmağımız müzakirə mövzusu ola bilər. ABŞ tərəfi hərəkatımızın haqlılığını və hədəflərimizin qanuniliyini qəbul edib. Bu gün baş tutan müzakirələrdə prezidentimizin qətiyyətli mövqeyi nəticəsində istədiklərimizi aldıq".
Qeyd edək ki, bu gün paytaxt Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşüb. Mətbuata qapalı keçirilən görüş 4 saat 20 dəqiqə davam edib. Tərəflər Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyat ilə bağlı müzakirələr aparıblar.
Kritik danışıqlardan sonra açıqlama verən M.Pens Suriyada atəşkəs barədə qərar qəbul edildiyini, YPG terror təşkilatının 5 gün ərzində bölgədən geri çəkiləcəyini bəyan edib. Terrorçuların Suriyanın şimalından çıxarılacağı təqdirdə Türkiyə hərbi əməliyyatı dayandıracağına söz verib.
“İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı
18
oktyabr
16:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat