Suriyanın şimalında YPG/PYD/PKK terrorçularına Türkiyə sərhədindən 32 km cənuba çəkilmələri üçün verilən 5 günlük müddət bu gün saat Bakı vaxtı ilə 23:00-də (Türkiyə vaxtı ilə 22:00) başa çatır.
Publika.az-ın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, ilk 4 gündə yalnız Rəsulayn və Tel Abyadda məhdud şəkildə geri çəkilmə müşahidə edilib.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat 120 saat müddətindən dayandırılıb.
Verilən müddətin tamamlanmasından sonra təhlükəsiz zona elan edilən bölgədə qalan terrorçular zərərsizləşdiriləcək.Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu razılaşmanın əldə olunmasından sonra verdiyi açıqlamasında atəşkəsdən söhbət getmədiyini, əməliyyata fasilə veriləcəyini və müəyyən olunan müddətdən sonra davam etdiriləcəyini bildirib.
“"Sülh çeşməsi" əməliyyatını 120 saat müddətində dayandıracağıq. Bu, atəşkəs deyil. Atəşkəs yalnız iki legitim tərəf arasında ola bilər. Terrorçular bölgəni tamamilə tərk etdikdən sonra əməliyyatı dayandıra bilərik", - o qeyd edib.
Türkiyə Silahlı Qüvvələri 444 km uzunluğundakı xətdə terrorçuların çəkilməsini izləyərkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə həmkarı Vladimir Putin ilə keçirəcəyi görüşün də nəticəsini gözləyəcək.
Dünyanın gözü ORA DİKİLDİ: bu gün saat 23:00-da...
22
oktyabr
16:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev