Rusiyada “Kronştadt” adlı şirkət ölkədə zərbə pilotsuz təyyarələrinin istehsalı üzrə ixtisaslaşmış ilk zavodun tikintisinə başlayıb. Virtualaz.org xəbər verir ki, zavod Moskva ətrafındakı Dubna şəhərində yerləşəcək, 4 milyard rubla başa gələcək və orada təxminən 1500 nəfər işləyəcək.
Bu şirkət “Orion” adlı zərbə pilotsuz təyyarələrini istehsal edir. Həmin pilotsuz təyyarələr bu yaxınlarda Suriyada ilk dəfə döyüş şəraitində sınaqdan keçirilib və Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin analoqu hesab edilir.
Rusiya Hava Kosmik Qüvvələrinin MDB dövlətləri hava hücumundan birləşmiş müdafiə sistemi üzrə komandan müavini olmuş (2007-ci ilə qədər) general-leytenant Ayteç Bijev qeyd edib ki, zavodun tikintisini qoşunları pilotsuz təyyarələrlə təchiz etmək planlarına daxildir. Onun sözlərinə görə, “Orion” pilotsuz təyyarələri yüksək dəqiqlikli raketlərlə təchiz olunur, həm ərazinin kəşfiyyatı və müşahidəsi, həm müstəqil zərbə vahidi kimi tətbiq edilir.
General bu tip pilotsuz təyyarələrin Azərbaycanla Ermənistan arasındakı müharibə zamanı öz effektivliyini sübut etdiyini deyib. “Bəzi hallarda onlar Su-25 qırıcı-bombardmançılarından effektli işləyir. Burada uduş ondadır ki, onların (PUA-ların) dəyəri xeyli aşağıdır, effektivliyi isə bir sıra hallarda pilotlu aviasiyadan daha yüksəkdir. Ona görə də böyük perspektivləri var”,-Ayteç Bijev bildirib.
General hesab edir ki, “Orion”lar “Bayraktar”lardan geri qalmır.
“Ölçüsü elə də böyük olmayan zərbə pilotsuz təyyarələrinin tətbiqi müharibənin gedişini ciddi dəyişdirə bilir. Azərbaycanla Ermənistan arasında münaqişə göstərdi ki, bu təhlükəli silahdır. Rəqibin hava hücumundan müdafiə sisteminin təsir zonasına daxil olarkən onlar aviasiyadan daha effektli işləyir”,-rusiyalı general deyib.
“Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...” – Rus general
17
aprel
11:03
Qarabağ
KOMMENTLƏR
Qarabağda qələbəni şəhidlərimiz qazandırdı, "Bayraktar" vasitədir - Selçuk Bayraktardan möhtəşəm çıxış
Ukrayna ordusu Azərbaycan döyüşçülərinin təcrübəsini öyrənir
İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı - “Harop”u modernləşdirir
İsrail “Harop”u təkmilləşdirir: Rus radioelektron sistemi təhlükədə
“Bayraktar” üçün böyük sifariş növbəsi yarandı: Qarabağdan sonra
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı