İranın sabiq prezidenti Mahmud Əhmədinejat qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
O, bu gün səhər öz tərəfdarları ilə birlikdəDaxili İşlər Nazirliyinin binasına gələrək namizədliyinin qeydə alınmasına dair sənədləri təqdim edib.Namizədlərin qeydiyyatının ikinci günü həmçinin İran parlamentinin spiker müavini Əmirhüseyn Qazizadə Haşimidə öz namizədliyini irəli sürüb. Bundan başqa, Əhmədinejadın prezidentliyi dövründə kənd təsərrüfatı naziri işləmişSadiq Xəlilyan da namizədliyini irəli sürüb.
Qeyd edək ki, İranda ötən gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb. Namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.
İranda 13-cü prezident seçkiləri iyunun 18-nə təyin edilib. Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-da açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.
Qeyd edək ki, namizədlərin qeydiyyatının ilk günü 57 nəfər qeydiyyata alınıb.
Əhmədinejat prezidentliyə namizədliyini irəli sürdü
12
may
12:57
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev