Kolumbiyada hökumətin vergi islahatı gündəmi ilə başlayan nümayişlər bir aydır davam edir. İndiyə qədər bir polis əməkdaşı da daxil olmaqla 48 nəfər həyatını itirib. Ölkədəki müstəqil QHT-lərin məlumatlarına görə, milli tətil ilə başlayan vergi əleyhinə islahatlar nümayişlərində ölənlərin sayının daha çox olduğu iddia edilir.