Azərbaycanın media nümayəndələrinin Kəlbəcər rayonunda tank əleyhinə minaya düşərək həlak olmalarının günahkarı minalanmış ərazilərin xəritələrini hələ də təqdim etməyən Ermənistan rəhbərliyidir.
Bunu Bakisesi.com -a açıqlamasında rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.
Politoloqun sözlərinə görə, İrəvan ilk dəfə deyil ki, beynəlxalq hüquq normalarını pozur, amma hazırkı vəziyyətdə artıq xaosa çevrilib.
Yevgeni Mixaylov vurğulayıb ki, mina təhlüəsi ilə bağlı məsələ ən yüksək səviyyələrdə Ermənistanın qarşısında qaldırılmalıdır. Rusiyalı politoloq əlavə edib ki, Ermənistan tərəfinin əldə olunmuş razılaşmaları yerinə yetirməməsi, mina xəritələrini təqdim etməməsi Azərbaycan vətəndaşlarının həlak olması ilə nəticələnən faciəli hadisələrə gətirib çıxarır.
“Rusiya, Azərbaycan, Türkiyə və Qarabağ münaqişəsinin həllində maraqlı olan digər güclər başqa xalqlara qarşı nifrəti təbliğ edən, faşizmi qəhrəmanlaşdıran, öz neofaşist ideologiyası səbəbindən kənarda qalmış Ermənistana təzyiqlər göstərmək üçün tədbirlər görməlidirlər", - deyə Mixaylov qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olublar.
“Jurnalistlərin ölümünün günahkarı Ermənistan rəhbərliyidir” - Rusiyalı ekspert
04
iyun
16:11
Qarabağ
KOMMENTLƏR
İrəvan artıq anlamalıdır: Qarabağ, “artsax” yox - Mixaylov
“Ermənistanın atəşkəsi pozmasına dərhal reaksiya verilməlidir” - Ekspert
“Paşinyan rejimi tam əsasla faşist adına layiqdir” - Yevgeni Mixaylov
“Pulunuz yoxdursa, Zəngəzuru verin” - Rusiyalı politoloqdan Ermənistana TƏKLİF
“Üstümüzə silah çəkən elə həmin silahdan öləcək“ - Rusiyalı politoloq
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev