Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minaladığı ərazilərin xəritəsini verməyi tələb etməlidir.
Bu barədə Fransa Milli Assambleyasının deputatı Frederik Düma Tvitter hesabında yazıb.
O xatırladıb ki, ikisi jurnalist olmaqla, 3 mülki vətəndaş Azərbaycanın Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olublar. Fransalı deputatın sözlərinə görə, mülki əhali münaqişənin girovu ola bilməzlər.
O, həmçinin barışıq üçün beynəlxalq hüquqa riayət etməyin vacibliyini diqqətə çatdırıb.
Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.
“Paris Ermənistandan mina xəritələrini tələb etməlidir” - Fransız deputat
06
iyun
10:35

Qarabağ
KOMMENTLƏR
Mina partlayışında yaralanan AzTV əməkdaşı xəstəxanadan evə buraxılıb (VİDEO)
Qarabağda iş başında şəhid olan jurnalistlərimiz (SİYAHI)
Qlobal Jurnalistlər Şurasından Kəlbəcərdə şəhid olanlarla bağlı BƏYANAT
“Jurnalistlərin ölümünün günahkarı Ermənistan rəhbərliyidir” - Rusiyalı ekspert
Jurnalistlərlə birgə icra nümayəndəsinin müavini də həlak oldu - RƏSMİ (YENİLƏNİB)
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat