Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa bölgə administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvilinin yeni təyinatı ilə əlaqədar dastan başa çatdı. Mayın 7-də axşam Ukrayna Prezidenti Vladimir Zelenski onu Prezident yanında İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin etdi. Bu barədə Ukrayna Prezidentinin ofisindən məlumat verilib.
Daha əvvəl Mixail Saakaşvili üçün başqa vəzifə - Baş nazirin islahatlar üzrə müavini vəzifəsi planlaşdırılmışdı. Lakin Ali Rada deputatlarının əksəriyyəti, o cümlədən “Xalqın xidmətçisi” prezidentyönlü fraksiyanın üzvləri bu təklifi dəstəkləmədilər.
Gürcüstan hökuməti və parlamentinin nümayəndələri əvvəllər bildirmişdilər ki, əgər Mixail Saakaşvili Ukraynada istənilən vəzifəyə təyin olunarsa, Gürcüstan bu ölkə ilə diplomatik münasibətləri pozmağa hazırdır. Onlar bunu sabiq prezidentin bir sıra ağır cinayətlərdə qiyabi ittiham olunması ilə izah edirdilər.
Gürcüstanın Baş naziri Georgi Qaxaria, belə təyinatın baş verəcəyi təqdirdə Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağıracağı ilə hədələmişdi. Parlamentin spikeri Arçil Talakvadze Ali Rada rəhbəri Dmitri Razumkova məktub yazmışdı. Saakaşvilinin Ukraynanın Nazirlər Kabinetində vəzifəyə təyin olunmasının ölkələr arasındakı münasibətlərə xələl gətirəcəyini Gürcüstan Prezidenti Salome Zurabişvili də söyləmişdi.
Gürcüstan parlamentində çoxluğun lideri Mamuka Mdinaradze “Google”da tapıla biləcək” hər hansı vəzifədən söhbət gedəcəyi təqdirdə ölkəsinin mütləq şəkildə reaksiya verəcəyini qeyd etmişdi.
Bu arada Media.Az-a verdiyi müsahibədə Gürcüstan və Ukrayna dövlət və siyasi xadimi, Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının keçmiş rəhbəri, Gürcüstanın keçmiş təhsil və elm naziri, Ukraynanın Milli Polis İdarəsinin keçmiş rəhbəri və müxalif “Milli Hərəkat” hərəkatının fəal iştirakçısı Xatia Dekanoidze Ukrayna Prezidentinin verdiyi qərarı tamamilə düzgün hesab edir.
- Necə düşünürsünüz, rəsmi Tbilisinin Mixail Saakaşvilinin Ukraynada belə yüksək vəzifəyə təyin edilməsinə reaksiyası necə olacaq?
- Rəsmi Tbilisi (Saakaşvilinin Ukraynada yüksək mövqe tutacağı barədə məlumat yayılanda - red.) isterik vəziyyətə düşmüşdü. Bizi, əslində, Mixail Saakaşvilini düşmən hesab edən oliqarx Bidzina İvanişvili idarə edir. Bəli, hətta Kiyevlə diplomatik münasibətlərin kəsilməsinə kimi təhdidlər səsləndirildi. Lakin bu, Gürcüstanın özünün strateji maraqlarına uyğun deyil.
Prezident Vladimir Zelenskinin özü göstərdi ki, bu (Mixail Saakaşvilinin təyinatı - red.) Ukraynanın suveren qərarıdır və Tbilisidəki oliqarxın dediklərinə əsla əhəmiyyət vermir. Ona görə də, bu, yaxşı xəbərdir. Mixail Saakaşvili Ukraynada islahatları gücləndirəcək. Onun imkanları var, biliyi var, buna görə də, Ukraynanı təbrik edirəm!
- Yeri gəlmişkən, iki həftə əvvəl Ukrayna Ali Radasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya Kiyevin Gürcüstanın mənfi reaksiyasından qorxmadığını söyləmişdi. Necə olursa olsun, Tbilisi hansı reaksiyanı verə bilər?
- Ukrayna həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində ciddi strateji tərəfdaşımızdır. Şübhəsiz ki, Tbilisidən bəzi açıqlamalar gələcək, lakin bu, ölkəmizin milli maraqlarına zidd olacaq. Mesajlar artıq göndərilib, birbaşa əlaqə qurulub. Buna baxmayaraq, qərar artıq verilib!
“Mixail Saakaşvili Ukraynada islahatları gücləndirəcək” - MÜSAHİBƏ
08
may
11:20
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev