Oktyabrın 28-də Gürcüstanda keçriləcək Prezident seçkiləri ilə bağlı "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının üzvü, Millət vəkili Savalan Mirzəyev BAKİSESİ.com-a müsahibə verib:
- Gürcüstanda prezident seçkiləri keçiriləcək. Hazırda seçki öncəsi vəziyyəti necə dəyərləndirirsiniz?
- Seçki öncəsi proses çox sakitdir. Namizədlər üçün demokratik şərait yaradılıb. Son 6 ildə Gürcüstanda çox yüksək demokratiya standartları tətbiq olunur. Bu baximdan hər bir namizəd fikrini azad şəkildə bildirmək imkanı var.
- Seçkilərdə 25 namizəd mübarizə aparır. Namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Sizcə, seçkilərdə hansı namizədin qalib gəlmək şansı çoxdur?Seçicilər daha çox kimə səs verəcək?
Məhz elə həmin demokratiyanın göstəriciləridir ki, bu sayda namizəd seçkilərdə iştirak edir. Hakim partiya Salome Zurabişvilini dəstəkləyənlərin sayı çoxdur. Məncə, Salome xanımın seçkilərdə qalib gəlməyə şansı çoxdur.
- Zurabişvilinin azərbaycanlılara qarşı münasibəti necədir?
- Salome xanım sırf azerbaycanlılar üçün yayımladığı müraciətində öz fikirlərini açıq şəkildə bəyan etdi. O, bildirib ki, azərbaycanlıların Gürcüstanın mədəni, siyasi, ictimai həyatında mühüm rolu var.
- Salome xanımın Qarabağ problemi ilə bağlı mövqeyi necədir?
- Bu məsələdə Salome xanımın və hakim partiyanın mövqeyi bəllidir. Xanım Zurabişvili Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini tanıyır və dəstəkləyir.
- Azərbaycanda da hesab edirlər ki, azərbaycanlılar arasında Zurabişvilinin nüfuzu böyükdür. Sizcə o, Gürcüstan azərbaycanlılarının problemlərini həll edə biləcəkmi?
- Seçicilər tərəfindən dəstək tam hiss olunur. Mən bir parlament deputatı kimi əminəm ki, Salome xanım azərbaycanlıların mövcud problemlərinin həllinə biganə qalmayacaq.
- Müxalif namizədlər arasında ən reytinqlisi Mixail Saakaşvilinin namizədliyini irəli sürdüyü Qriqol Vaşadzedir. Onun seçkilərdə qalib olma şansı varmı?
- Baxmayaraq ki, Vaşadzeni 11 partiya təqdim etdi. Amma namizəd olaraq onun heç bir şansı yoxdur. 2012-ci ildə seçicilər Mixail Saakaşvili hakimiyyətinə öz sözlərini dedilər və onları hakimiyyətdən uzaqlaşdırdı. Əminliklə bildirirəm ki, Qriqol Vaşadze mütləq məğlub olacaq.
- Mixail Saakaşvili tərəfdarları və müxalifət nümayəndələri seçkilərin nəticəsindən narazaı olsa Gürcüstanda kütləvi aksiyaların keçirilmə ehtimalı varmı?
- İlk növbədə sabit mühitdə demokratik seçkilərin keçirilməsi dövlətin marağında olan məsələdir. Seçkilərə müşahidəçi qismində bir çox xarici təşkilatların nümayəndələri və beynəlxalq ekspertlər cəlb olunublar. Təbii ki, onların rəyi və seçkilərə qiymət verməsi maraqlıdır. Əgər hansısa siyasi partiya ölkədə sabitliyi pozmağa qalxar, destabilizasiya yaratmaq istəyərsə, Gürcüstanın aidiyyatı qurumları tərəfindən lazımi tədbirlər görüləcək.
Gürcüstanın azərbaycanlı deputatı:
25
oktyabr
13:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev