İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Quo Minlə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Çin Kommunist Partiyasının yaradılmasının 100 illiyi ilə bağlı səfirə təbriklərini çatdıran nazir Azərbaycanın Çinlə əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın bütün sferalarda genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, dövlət başçılarının siyasi iradəsi, yüksək səviyyəli səfərlər və keçirilən görüşlər tərəfdaşlığın inkişafına əlverişli zəmin yaradır. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdəndir. Beynəlxalq arenada ölkələrimizin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı olaraq ifadə edilən dəstək xüsusi əhəmiyyətə malikdir.
M.Cabbarov deyib ki, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında əlaqələrin genişlənməsində əlverişli platformadır. Azərbaycanın Çində ticarət nümayəndəsi, 3 ticarət evi, 3 şərab evi, ticarət şəbəkələrində 3 ticarət bölməsi fəaliyyət göstərir və bu istiqamətdə tədbirlər davam etdirilir. Azərbaycanda Çin sərmayəli şirkətlər fəaliyyət göstərir, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Sənaye sahəsində Çinlə bir sıra layihələr üzrə danışıqlar aparılır.
Görüşdə işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa işləri barədə məlumat verilib, Çin şirkətlərinin burada yenidənqurma işlərində iştirak imkanları vurğulanıb.
Nazir Azərbaycan iqtisadiyyatının prioritetlərini, qeyri-neft sektorunun dayanıqlı artımını, ticarət, investisiya, nəqliyyat-tranzit və sair sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün perspektivləri qeyd edərək, Çin şirkətlərini ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, sənaye parklarına, o cümlədən bu yaxınlarda təməli qoyulan Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edib.
Görüşdə Azərbaycanın əlverişli nəqliyyat-tranzit potensialı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Zəngəzur dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb.
Səfir Q.Min ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayaraq, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Zəngəzur dəhlizinin Çinin “Bir kəmər, bir yol” nəqliyyat layihəsinə töhfə verəcəyinə əminliyini bildirib. Səfir Azərbaycanın iqtisadiyyat nazirini Çində keçiriləcək növbəti Çin Beynəlxalq İdxal Sərgisinə dəvət edib.
Görüşdə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi və ticarət dövriyyəsinin artırılması barədə müzakirələr aparılıb.
Çin şirkətləri Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edildi
01
iyul
20:22
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı