Fransa Prezidenti Emmanuel Makronun yaxın zamanlarda İrəvana səfəri planlaşdırılır.
Səfərin təşkili üçün fəal iş aparıldığı və bunun əməkdaşlığın inkişafında vacib təkan olacağı vurğulanır. Aydındır ki, Fransa lideri gələn il keçiriləcək prezident seçkilərində qələbə qazanmaq üçün müxtəlif cəhdlər edir.
Belə olan halda, bundan öncə yerli seçkilərdə də ağır məğlubiyyətə uğrayan Makronun İrəvana erməni lobbisinin dəstəyini qazanmaq məqsədilə səfər edəcəyinə şübhə yeri qalmır.
Ekspertlərə görə, regional seçkilərdə cəmi 7 faiz səs toplayan və siyasi səhnədən kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalan Makronun erməniyönümlü siyasəti də uğursuzluqla nəticələnəcək.
Nəzərə alaq ki, ermənilərə lobbiçilik edən qüvvələrin regionda öz geosiyasi və geoiqtisadi maraqları var. Bu maraqlar isə Cənubi Qafqazda gərginliyin saxlanması çərçivəsində uzlaşır. İstisna deyil ki, münasibətlərə xələl gətirməmək üçün erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altında olan Makronun səfəri həm də bölgədə stabil sülhün əldə edilməməsinə yönəlmiş addımların atılacağına hesablanıb.
Reallıq ondan ibarətdir ki, Qarabağ münaqişəsi bitib. Gündəmdə ancaq Qarabağın bərpası, kommunikasiyaların açılması kimi məsələlər var. Yəni Azərbaycan Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün tərəfdarı kimi çıxış edir. Regional oyunçuların regionda həqiqi və sabit sülhün bərqərar edilməsində maraqlı olub-olmamasından asılı olmayaraq.
Fransa prezidenti Makron İrəvana niyə gedir? - VİDEO
15
iyul
18:04
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev