Türkiyədə meşə yanğınları ilə mübarizənin 8-ci günüdür.
İndiyə qədər 32 rayonda baş verən 152 yanğın nəzarət altına alınıb. Balıkesirin də daxil olduğu 6 rayonun 11 fərqli nöqtəsində yanğınlara müdaxilə davam edir.
Yanğınların davam etdiyi əyalətlər:
Antalya: Manavqat, Gündoğmuş
Muğla: Marmaris, Köyceğiz, Milas, Kavaklıdere, Yılanlı
İsparta: Sütçüler
Dənizli: Tavas
Balıkesir: Savastepe
Manisa: Akhisar
Manavqat
Manavqat rayonunda bir həftədir davam edən meşə yanğınının söndürülməsi üçün işlər davam edir.
Gündoğmuş
Gündoğmuş mahalındakı yanğını 3 vertolyot söndürməyə çalışır. Yanğının yaşayış məntəqələrinə çatmasının qarşısını almaq üçün səylər göstərilir.
Marmaris
Meşə yanğınlarının 8-ci günündə yanğınla mübarizədə qurudan və havadan müdaxilə edilir.
Köyceğiz
Köyceğizdə 5 məhəllə boşaldılıb.
Milas
Muğlanın Milas rayonunda günlərlə davam edən meşə yanğını bütün səylərə baxmayaraq, Kemerköy İstilik Elektrik Stansiyasının 1 kilometrliyinə yaxınlaşıb.
Kavaklıdere
Yanğınsöndürənlərimiz Kavaklıderedəki söndürmə işlərinə dəstək verir.
Yılanlı
Seydikemer Eşen məhəlləsi və Yılanlı Sunqurda 2 ayrı meşədə və 5 fərqli nöqtədə yanğınlar davam edir. Alovlara qarşı mübarizə fasiləsiz davam edir.
Sütçüler
Sütçüler rayonunun Çandır kəndində baş verən yanğından dərhal sonra hərəkətə keçən İsparta bələdiyyəsi bölgəyə 100-dən çox şəxsi heyət, 2 yük maşını su və əsas təchizat göndərib.
Tavas
Tavas rayonunda meydana gələn meşə yanğını qismən nəzarət altına alınarkən, Dənizli Qubernatorluğunda yenidən vertolyotların dəstəyi ilə soyutma işlərinin aparılacağı bildirib.
Akhisar
Manisa Böyükşəhər bələdiyyəsi Akhisar rayonunun Selçikli məhəlləsində baş verən yanğını söndürmək üçün bütün gücünü səfərbər edib.скачать dle 12.1